logo
Qarabağ və Şərqi Zəngəzura işgüzar səfər həyata keçirilib

 

9-12 dekabr tarixlərində ESRI nümayəndələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına işgüzar səfər ediblər. Səfər, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”-nın "Məskunlaşması nəzərdə tutulan yaşayış məntəqələri üzrə sosial-iqtisadi pasportların hazırlanması" bəndinin icrası çərçivəsində həyata keçirilib.

ESRI-nin İdarə Heyətinin sədri Şahin Sadıqov, şöbə rəhbəri Fərhad Mikayılov və baş elmi işçi Rauf Musayev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən xüsusi nümayəndəlikləri ilə görüşlər keçirərək, hazırlanmış sosial-iqtisadi pasportların ilkin versiyalarını təqdim ediblər. Nümayəndəliklərin əməkdaşları və yerli mütəxəssislərlə müzakirələr aparılıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.