logo
Online görüş

                                                                 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın növbəti illər üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsinə dair müzakirələr keçirilib. Onlayn görüşdə İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə heyətinin sədrinin birinci müavini Arzu Hüseynova, institutun şöbə rəhbərləri Fərhad Mikayılov və Səbinə Məmmədli, baş elmi işçisi Nigar Ələsgərova, böyük elmi işçisi Həbibə Cabbarova, elmi işçisi İntizar Rüstəmova və mütəxəssis Nigar Əhmədli iştirak ediblər. Görüş zamanı Tədbirlər Planı çərçivəsində görülmüş işlərə dair 2024-cü il üzrə hesabatlılığın təmin edilməsi, o cümlədən növbəti mərhələdə qarşıda duran vəzifələrinin icrasına dair indikativ planlaşdırma zamanı diqqət yetirilməli istiqamətlər vurğulanıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.