logo
“Şərab sənayesinə innovativ baxış: Türkiyə təcrübəsi”

                                                                 

13 dekabr tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşlıq etdiyi Türkiyənin İqtisadi Siyasət Araşdırmaları Fondunun (TEPAV) təşkilati dəstəyi ilə şərabçılıq sənayesində innovativ yanaşmaların öyrənilməsi məqsədilə “Şərab sənayesinə innovativ baxış: Türkiyə təcrübəsi” mövzusunda qapalı onlayn görüş keçirilib.

Görüş, 2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər planının 3.4-cü bəndinin icrası çərçivəsində ESRI-nin təşəbbüsü ilə baş tutub.

Görüşdə iştirak edən şərabçılıq üzrə türkiyəli ekspertlər, “Midin Şarapçılık”-ın təsisçisi və iqtisadçılar şərab istehsalında dayanıqlılıq və texnologiyanın rolu, şərabçılıq sənayesinin inkişafında qastronomiyanın əhəmiyyəti kimi məsələlərə toxunaraq müzakirələr aparıb.

 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.