07.01.2025-ci il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda İdarə heyətinin sədri Şahin Sadıqov, İdarə heyəti sədrinin birinci müavini Arzu Hüseynova, şöbə rəhbəri Fərhad Mikayılov, baş elmi işçilər Rauf Musayev və Nigar Ələsgərovanın iştirakı ilə Kəlbəcər rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin aparıcı məsləhətçisi Azər Məmmədovla görüş keçirilib. Görüşdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”na əsasən hazırlanmış Kəlbəcər rayonunun sosial-iqtisadi pasportunun müzakirəsi aparılıb və gələcək əməkdaşlıqlar barədə fikirlər səsləndirilib.