Azərbaycan Dövlət Statistika Komitəsinin İqtisadi Elmi Tədqiqat Institutu ilə əməkdaşlığı çərçivəsində institutun işçilərinə statistika üzrə təlimlərə start verilmişdir. 16 yanvar 2025-ci il tarixində "Rəsmi Statistikanın Təşkili" mövzusunda ilk təlimi komitənin sədr müavini Yusif Yusifov keçmişdir. Təlim zamanı rəsmi statistika sistemi, statistik istehsal prosesinin ümumi modeli – GSBPM, məlumatların əldə edilməsi və təhlili kimi mövzular müzakirə edilib və dinləyicilərin sualları cavablandırılıb.