logo
İqtisadi Elmi Tədqiqat İnstitutunun nümayəndəsi regional əməkdaşlıq mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

   

İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Xarici-iqtisadi əlaqələr şöbəsinin rəhbəri Səbinə Məmmədli, 17 yanvar 2025-ci il tarixində Qazaxıstanın Almatı şəhərində Asiya İnkişaf Bankı (AİB) tərəfindən təşkil olunan “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarına xarici şokların sosial-iqtisadi təsirləri” mövzusuna həsr olunmuş regional konfransda iştirak edib.

Konfrans çərçivəsində 2021–2024-cü illəri əhatə edən xarici sarsıntıların Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə təsiri geniş müzakirə edilib. Bu çətinliklərin beynəlxalq əmtəə qiymətləri, mal və xidmətlərin ticarəti, tranzit axınları, işçi qüvvəsi və maliyyə axınları üzərindəki təsirləri, onların ötürülmə kanalları və ölkələrin bu təsirlərə qarşı verdiyi reaksiyalarla bağlı AİB tərəfindən aparılan tədqiqatın nəticələri iştirakçılarla paylaşılıb.

S. Məmmədli konfrans çərçivəsində Qazaxıstanın KIMEP Universitetinin professoru və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) nümayəndəsi ilə işgüzar müzakirələr aparıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.