logo
ESRI əməkdaşı “Əhali statistikasının metodologiyasının istifadəsinə dəstək” mövzusunda seminarda iştirak edib

17-19 may 2022-ci il tarixlərində Avropa Komissiyasının Avrostat Baş Direktorluğu tərəfindən onlayn formatda “Əhali statistikasının metodologiyasının istifadəsinə dəstək” mövzusunda seminar keçirilib. Üç gün ərzində sessiyalarla davam etmiş tədbirdə Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, Macarıstan Mərkəzi Statistika İdarəsi, Moldova Respublikası Milli Statistika Bürosu, Gürcüstan Milli Statistika İdarəsi, Ermənistan Respublikası Milli Statistika Xidməti, Ukrayna Dövlət Statistika Komitəsi və s. kimi qurumların nümayəndələri müvafiq mövzuda təmsil etdikləri qurumların təcrübələrini bölüşüblər.

Azərbaycana həsr olunmuş sessiyada İqtisadi Elmi Tədqiqat İnstitutunun İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin baş mütəxəssisi Elsevər Lətifli çıxış edib. O, öz çıxışında əhalinin proqnozlaşdırılması nəticələrinin iqtisadi inkişafın planlaşdırılması üçün əhəmiyyətindən danışaraq Azərbaycanda əhalinin proqnozlaşdırılmasının əsas mənbələri, istifadə olunan metodologiya, əhalinin siyahıya alınması haqqında geniş məlumat verib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.