10 iyun 2022-ci il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin müdiri v.i.e. Əlvan Süleymanova Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tərəfindən həmkarlar ittifaqı kadr və fəalları üçün təşkil edilən seminarda “Dövlətin sosial siyasəti: modernləşmə, innovasiyalar, islahatlar” mövzusunda geniş təqdimatla çıxış edib.
Seminar “Həmkarlar ittifaqı cəmiyyəti sosial institut kimi” mövzusuna həsr edilməklə Neft və Qaz Sənayesi Həmkarlar İttifaqı Komitəsinin sədrləri və fəalları üçün təşkil edilib. Əlvan Süleymanova seminarda sosial siyasət və əlaqədar sosial xidmətlər sistemi, Azərbaycanda sosial siyasətlə əlaqədar sosial müdafiənin əsas konturları, dayanıqlı inkişaf zəminində, eləcə də sosial və iqtisadi aspektdə modernləşmənin əlaqəsi və innovasiyalar, ölkəmizin insan inkişaf indeksində mövqeyi və aktuallaşan istiqamətlərdə sənayenin rolu, yeni iş yerlərinin yaradılması tədbirləri haqqında çıxış edib.