7 iyun 2022-ci il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun elmi şöbələrinin birgə iclasında İnstitutun keçmiş dissertantı Azər Rasim oğlu Həsənlinin 5310.01 – “Dünya İqtisadiyyatı” ixtisası ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Beynəlxalq valyuta arxitekturasının formalaşmasının milli iqtisadiyyata təsiri istiqamətləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Onun elmi rəhbəri iqtisad elmləri doktoru, professor Ədalət Əliyevdir.
İclasa i.e.d. Arzu Hüseynova sədrlik edib. İ.e.n. Əmirxan Babaşlı və i.e.d., prof. Qənimət Səfərov dissertasiya işinə verdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və tövsiyələrini də səsləndiriblər. Azər Həsənli ona ünvanlanmış sualları cavablandırıb, habelə rəyçilərin iradlarına münasibət bildirib.
Geniş müzakirələrdən sonra dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olunub.