logo
Asiya İnkişaf Bankı tərəfindən dövlət-özəl tərəfdaşlığına həsr edilmiş seminar keçirilib

27 iyul 2022-ci il tarixində Asiya İnkişaf Bankının Bakıda səfərdə olmuş missiyası tərəfindən “Azərbaycan Dövlət-Özəl Tərəfdaşlığının İnkişafı Mərkəzi və layihələrin inkişafı fondunun dəstəklənməsi” mövzusunda seminar keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin, onun tabeli qurumlarının, o cümlədən Nazirliyin beyin mərkəzinin və dövlət digər qurumlarının nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Nazirliyin beyin mərkəzini Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri vəzifəsini icra edən Elnur Ələkbərov və həmin şöbənin baş mütəxəssisi Şükür Quliyev təmsil ediblər. Seminarda dövlət-özəl tərəfdaşlığı layihələrinin seçilməsi təlimatları çərçivəsində iştirakçılar dövlət-özəl tərəfdaşlığı layihələrinin seçim prosesi, dövlət-özəl tərəfdaşlığı layihələrinin skrininq alətləri, layihə idarəetmə planı və digər məsələlərlə tanış ediliblər. Həmçinin layihələrin seçim prosesi zamanı cavablandırılmalı suallar, seçim meyarları və onların qiymətləndirilməsi barədə də məlumat verilib.

Bundan başqa, layihə seçimi meyarları konkret nümunələr – Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərinin tələbə yataqxanası layihələri üzərində  göstərilmiş və bu layihələrin dövlət-özəl tərəfdaşlığı layihəsi kimi qiymətləndirilməsi prosesinin davam etdiyi qeyd edilib.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.