logo
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının on doqquzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

12 dekabr 2022-ci il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin vəfatının on doqquzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdən öncə ESRI rəhbərliyi və əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq ulu öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Tədbirə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək başlanılıb. Çıxış nitqi ilə tədbiri açıq elan etmiş İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mahir Hümbətov Heydər Əliyevin vəfatından 19 il keçdiyini və ulu öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını və onun həyatının hər birimiz üçün nümunə olduğunu qeyd edib. O, öz çıxışı zamanı Heydər Əliyevin qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi olduğunu, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları sayəsində  ölkənin hərtərəfli inkişafına nail olunduğunu vurğuladı.

Tədbirin sonunda İnstitutun təqdimatında “Heydər Əliyev – Dahi şəxsiyyət” adlı sənədli film nümayiş etdirilib.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.