logo
Özbəkistanın Respublikasının Proqnozlaşdırma və Makroiqtisadi Tədqiqatlar İnstitutu ilə görüş keçirilib

18 noyabr 2022-ci il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutu ilə Özbəkistanın Proqnozlaşdırma və Makroiqtisadi Tədqiqatlar İnstitutu arasında onlayn görüş keçirilib.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində Azərbaycan və Özbəkistanın universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş qrant müsabiqəsinə birgə təqdim ediləcək layihə mövzuları müzakirə edilib.

Yekunda birgə tədqiqatların aparılması məqsədilə hər iki ölkənin 2023-2026-cı illər üzrə prioritet istiqamətlərinə uyğun tədqiqat mövzuları müəyyən edilib.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.