logo
ESRI əməkdaşı Avstriyanın Vyana şəhərində keçirilmiş seminarda iştirak edib

31 oktyabr – 4 noyabr tarixlərində Avstriyanın Vyana şəhərində Müştərək Vyana İnstitutu (JVI) tərəfindən "İşin gələcəyi: iş qazancı və bərabərsizlik üçün imkanlar və çətinliklər" mövzusunda seminar təşkil olunub.

Müştərək Vyana İnstitutu tərəfindən təşkil olunmuş seminarda İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun Sahibkarlıq siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Kərim Hacıyev iştirak edib. Təşkil olunmuş seminarın təlimçiləri Beynəlxalq Əmək Təşkilatının və Müştərək Vyana İnstitutunun əməkdaşlarından ibarət olub.
5 gün davam etmiş seminarda müxtəlif ölkələrdən olan iştirakçılar əsasən əmək bazarı konsepsiyaları, “COVID-19” ərəfəsində əmək bazarı, avtomatlaşdırma, süni intellekt və iş yerləri, gender bərabərliyi, demoqrafik problemlər, əmək bazarı siyasətinin prioritetləri kimi mövzularla tanış olmuş və sözügedən mövzularda müvafiq müzakirələr aparılmışdır.

ESRI-nin “Sahibkarlıq siyasətinin təhlili” şöbəsinin kiçik elmi işçisi Kərim Hacıyevin Müştərək Vyana İnstitutunda təşkil olunmuş kursla bağlı təəssüratlarını öyrənmək üçün linkə keçid edə bilərsiniz.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.