logo
ESRI əməkdaşları “Qeyri-neft/qaz ixracına dair statistikanın aparılmasına yenidən baxılması və vahid metodologiyanın tətbiqi” mövzusunda keçirilmiş işçi qrupun iclasında iştirak ediblər

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının müvafiq Tədbirlər Planının Fəaliyyət istiqamətinin 1-ci bəndi ilə "Qeyri-neft/qaz ixracına dair statistikanın aparılmasına yenidən baxılması və vahid metodologiyanın tətbiqi" müəyyən edilən tapşırığın icrası üçün nazirlik tərəfindən vahid mövqeyin formalaşdırılması məqsədilə 14 noyabr 2022-ci il tarixində Bakı Biznes Mərkəzində görüş keçirilib. 

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin prezidenti Yusif Abdullayev görüşü açıq elan edib və bu istiqamətdə gördükləri işlər barədə məlumat verib. O, idxal-ixrac statistikasının təhlili zamanı bəzi məqamların olduğunu və bunun rəqəmlərin artımına təsir göstərdiyini və nəticədə proqnozların hazırlanmasında səhv fikirlərin yaranmasına səbəb olduğunu bildirib. Bundan başqa, xüsusilə xidmətlərin ixracında dəqiqləşmələrin aparılmasının önəmini qeyd edərək bu sahədə metodologiyanın yenidə işlənilməsinə ehtiyac olduğunu təklif edib. 

Sözügedən görüşdə ESRI-ni İqtisadiyyatın sahəvi təhlili şöbəsinin böyük elmi işçisi Emil Qasımov və Makroiqtisadi siyasətin təhlili şöbəsinin böyük elmi işçisi Fərhad Mikayılov təmsil ediblər. Həmçinin görüşdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin, Ticarət siyasəti və ÜTT şöbəsinin, İqtisadi statistika sektorunun, Makroiqtisadi proqnozlaşdırma sektorunun və Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın nümayəndələri iştirak ediblər.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.