2022-ci ilin 6-9 sentyabr tarixlərində CAREC İnstitutu və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə “Yol aktivlərinin idarə edilməsi (YAİE)” mövzusunda hibrid formatda ölkə seminarları təşkil olunub. Seminarın əsas məqsədi aparıcı YAİE mütəxəssisləri, o cümlədən yüksək vəzifəli şəxslər və yol sektorunda böyük təcrübəsi olan ekspertlər, yol idarələri, məsləhətçilər və YAİE tədqiqatçıları üçün biliklərin artırılması olub.
Təşkil olunmuş çoxsessiyalı seminarlar CAREC ölkələrinin CAREC İnstitutunun RAM yetkinliyinin qiymətləndirilməsi və 2021-ci ildə həyata keçirilərək işlənib hazırlanmış fəaliyyət planı əsasında tərtib edilib. 4 gün davam etmiş seminarda YAİE mövzusu ətrafında beynəlxalq ekspertlər təqdimatlarla çıxış etmiş, seminar iştirakçıları ilə birgə geniş müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən aydın şəkildə cavablandırılıb.
Seminarda müxtəlif dövlət qurumlarını təmsil edən mütəxəssislər iştirak ediblər. Sözügedən seminarda İqtisadi Elmi Təqdiqat İnstitutunu (ESRI) İqtisadiyyatın sahəvi təhlili şöbəsinin böyük elmi işçisi Emil Qasımov, Sahibkarlıq siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Ülkər Salıfova və həmin şöbənin kiçik elmi işçisi Kərim Hacıyev, Makroiqtisadi siyasətin təhlili şöbəsinin elmi işçisi Nigar Ələsgərova və Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin kiçik elmi işçisi Şəhla Babayeva təmsil edibər. Seminarda, İnstitut əməkdaşları da öz növbəsində ekspertlərə suallar ünvanlamış, həmçinin birgə müzakirələrdə aktiv iştirak ediblər.
Sonda iştirakçılara CAREC İnstitutu tərəfindən mükafatlar və iştirakçı sertifikatları təqdim olunub.