27 oktyabr 2022-ci il tarixində “Bloomberg L.P.” şirkətinin İnkişaf etməkdə olan bazarlar üzrə satış rəhbəri Peter Johnston və Mərkəzi Asiya və Qafqaz üzrə satış meneceri Bulat Yussupov ilə ESRI kollektivi arasında görüş keçirilib.
Görüş zamanı ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov İnstitutun fəaliyyət istiqamətləri, ölkə daxili və beynəlxalq miqyasda əldə edilmiş nailiyyətlər, gələcək inkişaf planları, həmçinin bu istiqamətlərdə aparılan islahatlar barədə məlumat verib.
Bundan sonra “Bloomberg L.P.” şirkətinin nümayəndələri ilə “Bloomberg” terminalının üstünlükləri, terminalın xidmətlərinə daxil olan “Bloomberg” xəbərləri, tədqiqat və analitikası, seminarlar və onlayn təlimləri, “Bloomberg Query Language”, “Bloomberg Intelligence” və onun verilənlər kitabxanası, sahə proqnozları, vebinarları, podkastları və tədbirləri barədə müzakirələr aparılıb.
Eyni zamanda, ESRI əməkdaşları tərəfindən “Bloomberg Intelligence”, “Bloomberg” terminalının funksiyaları və analitikası, terminalın əsas rəqibi olan “Refinitiv Eikon” və digər analitika platformalarından fərqləri ilə bağlı qonaqlara müxtəlif suallar ünvanlandırılıb.