logo
ESRI-nin təşkilati dəstəyi ilə KOBİA, GIZ təşkilatı və Almaniyanın tədris mərkəzləri tərəfindən təlimlər keçirilib

26 aprel 2022-ci il tarixindən etibarən İqtisadi Elmi Tədqiqat İnstitutunun (“ESRI”) təşkilati dəstəyi ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya – Azərbaycan Birgə Proqramı” çərçivəsində keçirilmiş müsabiqədə uğur qazanmış menecerlərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (“GIZ”) və Almaniyanın tədris mərkəzləri tərəfindən təlimlər keçirilib. Təlimlərdə Azərbaycandan 28 sahibkar və menecer iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq 2009-cu ildən etibarən həyata keçirilən proqram Azərbaycan sahibkarlarının biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsədi daşıyıb. 

İndiyədək iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 500 sahibkar və menecer Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu və müəssisələrdə təcrübə keçib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.