ADA Universiteti tərəfindən İtaliya – Azərbaycan Universitetinin ilk magistr proqramlarının təqdimatı keçirilib. Tədbirdə İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) kiçik elmi işçiləri Kərim Hacıyev və Mahir Nəsibli iştirak ediblər.
Tədbirdə İtalyanın Luiss Universitetinin, Boloniya Universitetinin, Milan Politexnik Universitetinin, Turin Politexnik Universitetinin və Romanın Sapienza Universitetinin nümayəndələri təmsil olunublar və əməkdaşlıq sahələri ilə bağlı məlumat veriblər.
Tədbirin açılışında ADA Universitetinin rektoru, professor Hafiz Paşayev əməkdaşlığın əsasının və prioritet olan sahələrini müəyyən edilməsinin 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı əldə olunmuş razılaşma əsasında qoyulduğunu qeyd edib. İtalya universitetlərindən gəlmiş nümayəndələr magistratura pilləsi üçün nəzərdə tutulan 2 illik proqramlar – Qida sistemi üzrə menecment və Qlobal idarəçilik və siyasət ixtisasları və keçiləcək fənlər barəsində tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbirin sonunda bu tip məlumatlandırıcı tədbirlərin yenidən həyata keçiriləcəyi bildirilib.