logo
Professor Sencer Yeralan ESRI-də ictimai mühazirə oxuyub

22 fevral 2022-ci il tarixində İqtisadi Elmi Tədqiqat İnstitunda  (ESRI) ADA Universitetinin İT və Mühəndislik Məktəbinin dekanı Sencer Yeralan ESRI kollektivinə "Akademiyada 4 onillik: dəyişikliklər, çağırışlar və imkanlar" mövzusunda ictimai mühazirə oxuyub.

Professor Yeralan təhsil sistemi, xüsusilə universitetlərdə tətbiq edilən Boloniya sisteminin effektivliyi, Əsas Səmərəlilik Göstəriciləri üzrə qiymətləndirmə sistemi, təhsildə ixtisas seçiminin bazarın tələbindən asılı olması, təhsildə tarixi bilməyin vacibliyi və s. kimi məsələlərə toxundu.

O, professorlarla tələbələr arasındaki mentorluq münasibətlərinin zəifləməsinin təhsilin effektivliyini azaltdığını bildirib. Bununla yanaşı gənclərin maraq dairəsi daxilindəki məsələlərlə yox, sırf maddiyyat səbəbindən irəli gələn məsələlər ilə maraqlanması ilə bağlı narahatlığını dilə gətirib. Onun sözlərinə görə təhsil sahəsində məsələlərə sistematik yanaşılmalı və problemlər həll edilərkən gələcəyə baxışın nədən ibarət olması müəyyənləşdirilməlidir. 

Professor Yeralan öz çıxışında həmçinin Beynəlxalq Əmək Təşkilatının 2015-ci ilə qədər olmuş statistik göstəricilərinə əsasən, təhsil və iş mühitində qadınlar və kişilər arasında olan nisbət göstəricilər barədə məlumat verib. 

Sonda ESRI əməkdaşları S. Yeralana öz suallarını verib və məsələ haqqında öz fikirlərini bölüşüblər.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.