logo
SABAH VII Karyera Qış Məktəbi keçirilib

9-11 fevral 2023-cü il tarixlərində SABAH tələbələrinin peşəkar inkişafına dəstək olmaq məqsədilə yaradılmış SABAH Karyera Akademiyası çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində SABAH VII Karyera Qış Məktəbi keçirilib.

Üç gün davam etmiş qış məktəbində təlimlər işə düzəlmə, sahibkarlıq/startap və akademik fəaliyət istiqamətləri üzrə aparılıb.

Müxtəlif qurumların peşəkar mütəxəssisləri tələbələrə göstərilən istiqamətlər üzrə təlimlər keçiblər. Qış məktəbində təlimçi qismində həmçinin İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (“ESRI”) İdarə Heyəti sədrinin birinci müavini, iqtisad elmləri doktoru Arzu Hüseynova iştirak edib. O, “Elmi məqalələrin hazırlanmasında beynəlxalq standartlar” mövzusu ilə çıxış edib.
Bundan başqa təlimlər "Çevik iş dünyasının gözləntiləri", "İnkişafın gələcəyi", "Xaricdə təhsil imkanları və xüsusiyyətləri", "Əmək qanunvericiliyi”, "Qloballaşma, müasir gənclik və milli ədəbiyyat", "Ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı mexanizmləri (ƏSG əsaslı)", "Alimliyə gedən yol", "Azərbaycanda sahibkarlıq/startap imkanları", "Təhsilin təşkili və idarəedilməsi", "İnnovasiya ekosistemi və startapların inkişafı", "Sosial-emosional bacarıqlar”, "Elmi tədqiqat", "İşə qəbul və 21-ci əsrin bacarıqları" və s. mövzuları da əhatə edib.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.