UNEC-in müəllim və tələbələrinin iştirakı ilə keçirilmiş görüşdə i.e.d. Arzu Hüseynova elmə verilən dəyərdən və elmi fəaliyyətdə etik qaydalardan bəhs edib. Çıxışda elmi fəaliyyət etikasının təsnifatı, yaranma səbəbləri, elmi etik normalar və elmi etikanın prinsipləri vurğulanıb. Arzu Hüseynova həmçinin dünyanın məşhur alimlərinin elmi etika ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.
UNEC-də “Elmi fəaliyyətin etikası” mövzusuna həsr edilmiş tədbir keçirilib
UNEC-də “Heydər Əliyev İli”nə həsr olunmuş “Elm festivalı” çərçivəsində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, i.e.d., professor Arzu Hüseynovanın iştirakı ilə “Elmi fəaliyyətin etikası” mövzusuna həsr olunmuş tədbir keçirilib.
© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.