İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı elmi işçisi Natiq Mədətov və həmin şöbənin elmi işçisi Şükür Quliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlaşdırma Şurasının (RPŞ) 33-cü iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Tehran şəhərində olarkən İƏT katibliyi ilə görüşüblər.
ESRI əməkdaşları İƏT-in Baş katibi Xusrav Noziri və İƏT Baş katibinin müavini Jandos Asanov ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Baş katibi Xusrav Noziri ESRI nümayəndələri ilə görüşdən məmnunluğunu ifadə edib və öz sözünə Azərbaycanın yeni İƏT sədrliyinin əhəmiyyətini vurğulamaqla başlayıb. Cənab Noziri ESRI-nin İƏT çərçivəsində görülən işlərə verdiyi önəm, xüsusilə də İƏT “İqtsadiyyat” jurnalı və İƏT Tədqiqat Mərkəzi istiqamətlərində apardığı fəaliyyətlər barədə məlumatlandırılıb.
Cənab Asanov İƏT “İqtisadiyyat” jurnalının redaksiya heyətinin iclaslarında yaxından iştirak etdiyindən onunla olmuş görüşün əsas hissəsində jurnalla bağlı məsələlər və növbəti addımlar müzakirə edilib. O, ESRI-nin İƏT “İqtisadiyyat” jurnalı istiqamətində aktiv fəaliyyətinə varid və məmnun olduğunu bildirib. Bundan başqa cənab Asanov da öz növbəsində ESRI əməkdaşlarını Azərbaycanın yeni İƏT sədrliyi münasibətilə təbrik edib və bu məsuliyyətli dövrdə uğurlar arzulayıb.