İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mahir Hümbətov “Uğur yolu” müsabiqəsinin 2021-ci və 2022-ci illər üzrə qalibləri ilə görüşüb.
Mahir Hümbətov müsabiqədə qalib gəlmiş şəxsləri təbrik edib və "Uğur yolu" müsabiqəsinin qaliblərin peşəkar inkişafında, bilik və bacarıqlarının səmərəli istifadəsindəki mühüm rolunu vurğulayıb.
İnstitutun fəaliyyəti və gələcək planlarından bəhs edən Mahir Hümbətov qurumun şəxsi inkişaf və ixtisasartırma baxımından qaliblərə dəstək verməyə hazır olduğunu qeyd edib və iştirakçıların suallarını cavablandırıb.