logo
Prof. Arzu Hüseynova ADNSU-da mühazirə oxuyub
İqtisadi Elmi Tədqiqat İnstitutunun əməkdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) seminar aparıb.

30 mart 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin 1-ci müavini i.e.d., prof. Arzu Hüseynova dəvət olunmuş mühazirəçi qismində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) seminar aparıb.

Seminarda Arzu Hüseynova “Məlumatların idarə edilməsi və qərar qəbul edilməsi üçün məlumatların intellektual təhlili üsulları və modelləri (DATA MINING)” mövzusunda təqdimatla çıxış edib. Çıxışda məlumatların emalının yeni üsulları, böyük məlumat bazalarının strukturlaşması, təhlil və emal prosesləri nümunələr üzərində təqdim edilib. 

Həmçinin müasir rəqəmsal təhlil alətləri və onların xüsusiyyətləri haqqında geniş məlumat verilmiş və həmin alətlərin istifadəsi ilə aparılan tədqiqatlar nümayiş etdirilib.

Yekunda tələbələrlə müzakirə aparılıb və onların sualları cavablandırılıb.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.