4 aprel 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnsitutunun (ESRI) əməkdaşı Təranə Salıfova Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Dövlətin sosial-iqtisadi inkişafı: reallıq və perspektivlər” mövzusunda təlim keçib.
“Sosial-əmək münasibətləri sistemində həmkarlar ittifaqlarının rolu” və “Həmkarlar ittifaqında işin sosial-iqtisadi istiqaməti” mövzuları üzrə 5 günlük treyninq çərçivəsində keçirilmiş təlimdə həmkarlar ittifaqı komitə sədrləri və sosial-iqtisadi problemlər üzrə komissiya sədrləri iştirak ediblər.
Sonda təlimin mövzusu ilə əlaqədar iştirakçıları maraqlandırmış suallar cavablandırılıb.