logo
“Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrupu”nun iclası keçirilib
İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) nümayəndələri “Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrupu”nun ikinci iclasında iştirak ediblər.

İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) nümayəndələri – İdarə Heyəti sədrinin birinci müavini prof. Arzu Hüseynova və ESRI-nin aparıcı elmi işçisi Təranə Salıfova Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.8.1-ci bəndinin icrası məqsədilə yaradılmış “Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrupu”nun ikinci iclasında iştirak ediblər.

İclasda rəqəmsal iqtisadiyyat anlayışının izahı, baxış və məqsədləri, rəqəmsal iqtisadiyyatın müqayisəli diaqnostikası, Azərbaycan üçün rəqəmsal iqtisadiyyat və bu istiqamətdə növbəti addımlar müzakirə edilib.
 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.