logo
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının iclası keçirilib
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının iclası keçirilib

28 fevral 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşı Təranə Salıfova mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin ekspertizası məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış Ekspert Komissiyasının iclasında iştirak edib.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş üçüncü qrant müsabiqəsinin nəticələrinə həsr edilmiş iclasda Ekspert Komissiyası tərəfindən ümumilikdə 234 layihə qiymətləndirilib və onlardan 13 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Qalib layihələrin hər biri üçün maksimum 20 min manata qədər maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.