logo
CAREC İnstitutu Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
CAREC İnstitutu Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Təbrikdə Azərbaycanın regional və qlobal miqyasda böyük nüfuza malik olduğu vurğulanıb.

Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) İnstitutu Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə müstəqillik illərində Azərbaycanın mühüm iqtisadi tərəqqiyə nail olduğu və tərəqqinin insanların sosial və iqtisadi rifahına öz töhfəsini verdiyi qeyd edilib. Məktubda həmçinin bu gün Azərbaycanın regional və qlobal miqyasda böyük nüfuza malik olduğu vurğulanıb.

CAREC İnstitutu fəaliyyətinə davamlı dəstəyinə, eləcə də CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumuna verdiyi töhfəyə görə, Azərbaycan hökumətinə minnətdarlığını bildirib. İnstitut bundan sonra da Azərbaycanda aparılan islahatlara dəstək verəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin 15 – 16 sentyabr tarixlərində Bakıda CAREC İnstitutu və İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) təşkilatçılığı ilə CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumu təşkil edilib. Forum çərçivəsində ESRI və CAREC İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.