ESRI-nin Elm və tədris şöbəsinin aparıcı elmi işçisi Təranə Salıfova 02.11.22. tarixində Bakıda keçirilmiş BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları” təşəbbüsü çərçivəsində “Azərbaycanda yaşıl transformasiya” mövzusunda konfransda iştirak edib.
Konfransda “DİM Dialoqları” təşəbbüsü “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində 2030 Gündəliyi”nin icrasında ölkəmizə dəstəyin göstərilməsi məsələləri bu istiqamətdə fəaliyyət göstərən maraqlı tərəflərin (hökumət, özəl sektor, vətəndaş cəmiyyəti, beynəlxalq maliyyə institutları) iştirakı ilə müzakirə edilib.
Həmçinin konfransda Azərbaycanda “yaşıl transformasiya”nı sürətləndirmək və bunun üçün yeni həlllərin müəyyənləşdirilməsi istiqamətlərində müzakirələr aparılmış, əhalinin yaşıl transformasiyaya uyğunlaşması ilə bağlı tövsiyələr səsləndirilib.