Görüşdə tərəflər bir sıra istiqamətlər üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
12 iyul 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiyası Universitetinin Qabaqcıl Beynəlxalq Tədqiqatlar İnstitutunun direktoru müavini Əkrəm Umarov və İnstitutun Enerji Geosiyasəti Mərkəzinin rəhbəri Nodira Muxammadkulova ilə görüş keçirilib.
Görüşdə ESRI-ni İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova, Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov və Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli və digər əməkdaşlar təmsil ediblər.
Görüşdə A.Umarov ESRI və Qabaqcıl Beynəlxalq Tədqiqatlar İnstitutunun “Qlobal enerji böhranının yaşıl inkişafa təsiri Azərbaycan və Özbəkistanın timsalında” adlı birgə qrant layihəsi haqqında məlumat verib. Həmçinin o, ESRI ilə əməkdaşlığın davam etdirilməsi, ikitərəfli əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrasında maraqlı olduqlarını bir daha diqqətə çatdırıb.
Öz növbəsində ESRI əməkdaşları da birgə görülə biləcək layihələrdən, əməkdaşlıq imkanlarının mümkün olduğu sahələrdən bəhs ediblər.
Görüşdə Qabaqcıl Beynəlxalq Tədqiqatlar İnstitutu ilə ESRI-nin birgə qrant layihəsi də müzakirə olunub. Layihənin nəticələri gözlənilir.
Aparılan fikir mübadiləsi zamanı tərəflər bir sıra istiqamətlər üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.