logo
ESRI-də İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) nümayəndələri ilə görüş keçirilib
ESRI-də İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) nümayəndələri ilə görüş keçirilib

Görüşdə IsDBI-nin qlobal İslam maliyyə məsləhətçisi Yahya Rehman təmsil etdiyi İnstitutun ESRI ilə tarixi cəhətdən eyniliyinə diqqət çəkib.

11 iyul 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə IsDBI-nin Qlobal İslam maliyyə məsləhətçisi Yahya Rehman və İqtisadi tədqiqat və statistika şöbəsinin baş iqtisadçısı Mustafa Yagcı və iştirak ediblər.

Y. Rehman IsDBI-nin ESRI ilə tarixi cəhətdən eyniliyinə diqqət çəkib. O, təmsil etdiyi İnstitutun əvvəllər akademik əsaslı bir qurum olsa da, hal-hazırda İslam İnkişaf Bankının beyin-mərkəzi kimi siyasətyönümlü layihələr hazırladığını bildirib.

M.Yagcı isə IsDBI-nin müsəlman ölkə və icmalar üçün iqtisadi diversifikasiya baxımından hesabatların hazırladığını diqqətə çatdırıb.

ESRI-nin Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov ESRI-nin tarixi, cari fəaliyyət istiqamətləri və gələcək planlardan bəhs edib.

Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev ESRI-nin hal-hazırda beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi qurumlar barədə məlumat verib. Həmçinin o, ESRI-nin həyata keçirdiyi layihələri IsDBI nümayəndələrinin diqqətinə çatdırıb.

Görüşdə ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova həm müsəlman, həm də qeyri müsəlman ölkələr üçün aparılan tədqiqatlarda İslam maliyyəsinə uyğunluq göstəricilərinə diqqət çəkib.

Görüşün nəticəsi olaraq ESRI ilə İsDBI arasında gələcək əməkdaşlığın qurulması məqsədilə Anlaşma Memorandumun imzlanması təklifi bəyənilmişdir.

 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.