logo
ESRI-də DT-Global konsaltinq şirkətinin nümayəndəsi ilə görüş keçirilib
ESRI-də DT-Global konsaltinq şirkətinin nümayəndəsi ilə görüş keçirilib

Görüşdə tərəflər arasında bir sıra məsələlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) “DT Global” konsaltinq şirkətinin nümayəndəsi Nehir Mutlu Akdeniz ilə görüş keçirilib.

Görüşdə ESRI-ni İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova, Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov, Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli və digər əməkdaşlar təmsil ediblər.

Təmsil etdiyi qurum barədə ətraflı məlumat vermiş N. Akdeniz “DT Global” tərəfindən həyata keçirilən layihələrdən bəhs edib və şirkətin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi niyyətinin olduğunu bildirib.

ESRI əməkdaşları da İnstitutun tarixi, fəaliyyət istiqamətləri, elmi nəşrləri barədə məlumatı diqqətə çatdırıblar.

Aparılmış danışıqlar zamanı tərəflər arasında texniki yardım layihələrində birgə iştirak, ekspert mübadiləsi və bir sıra digər məsələlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.