logo
“Dayanıqlılıq hesabatı vasitəsilə şəffaflığa nail olunması” mövzusunda təlim keçirilib
“Dayanıqlılıq hesabatı vasitəsilə şəffaflığa nail olunması” mövzusunda təlim keçirilib

Təlim zamanı vahid hesabat standartları, davamlılıq hesabatı, investisiya strategiyaları, yeni biznes konteksti və struktur dəyişiklikləri kimi mövzular müzakirə olunub.

20 iyun 2023-cü il tarixində İqtisadiyyat Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən “Dayanıqlılıq hesabatı vasitəsilə şəffaflığa nail olunması” mövzusunda təlim keçirilib.

Təlimdə BMT İnkişaf Proqramının inkişaf həlləri üzrə rəhbəri Nərgiz Quliyeva və BMT İnkişaf Proqramının beynəlxalq məsləhətçisi Deniz Erkus təlimçi qismində çıxış ediblər.

Təlim zamanı vahid hesabat standartları, davamlılıq hesabatı, investisiya strategiyaları, yeni biznes konteksti və struktur dəyişiklikləri kimi mövzular müzakirə olunub.

Təlimdə İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Emin Əmrahov və Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Əfraim Məmmədov təmsil ediblər.

 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.