logo
ESRI ilə Çinin Enerji və Ətraf Mühitin İnkişafı Araşdırma Mərkəzi arasında onlayn görüş keçirilib
ESRI ilə Çinin Enerji və Ətraf Mühitin İnkişafı Araşdırma Mərkəzi arasında onlayn görüş keçirilib

Görüşdə tərəflər arasında bəzi layihələrin müştərək icrasına dair fikir mübadiləsi aparılıb.

13 iyun 2023-cü il tarixində Çində fəaliyyət göstərən Enerji və Ətraf Mühitin İnkişafı Araşdırma Mərkəzi ilə İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) arasında onlayn formatda görüş keçirilib.

Görüşdə ESRI-ni Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov, Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev, Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli və Makroqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Asəm Məmmədov təmsil ediblər.

Mərkəzin İdarə Heyətinin sədri Li Xun və beynəlxalq layihələrlə iş üzrə meneceri Vanq Kaibinq təmsil etdikləri qurumun fəaliyyət istiqamətlərindən, həyata keçirilmiş və hal-hazırda reallaşdırılmaqda olan layihələrdən bəhs ediblər.

ESRI əməkdaşları da İnstitutun regional layihələrdə iştirakından, o cümlədən Məkəzi Asiyadakı tərəfdaşlarla münasibətlərindən və birgə görülmüş işlərdən danışıblar.

Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Həmçinin bəzi layihələrin müştərək icrasına dair fikir mübadiləsi aparılıb.

Sonda tərəflər arasında uzunmüddətli strateji hədəflərə köklənəcək anlaşma memorandumunun imzalanması barədə razılıq əldə olunub.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.