İqtisadiyyat Nazirliyi tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunun doktoranturasına qəbul olmaq üçün sənəd vermiş və xarici dil imtahanından müvəffəqiyyətlə keçmiş iddiaçılar!
Nəzərinizə çatdırırıq ki, fəlsəfə fənni üzrə imtahanın 2, 3, 4 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur. Fəlsəfə fənn imtahanının dəqiq tarixi, yeri və vaxtı ilə bağlı məlumat avqust ayının sonunda veriləcəkdir.
“Fəlsəfə” fənni üzrə imtahan sualları “portal.edu.az” üzərindən şəxsi kabinetlərinizdə yerləşdirilmişdir.
Fəlsəfə fənni üzrə imtahandan müvəffəqiyyətlə keçən şəxslərin ixtisas imtahanları İqtisadi Elmi Tədqiqat İnstitutunda keçiriləcəkdir. İmtahanın dəqiq keçirilmə tarixi barədə iddiaçılar avqust ayının sonunda məlumatlandırılacaqlar.
Sizə qarşıdakı imtahanlarda uğurlar arzu edirik!
Doktoranturaya qəbulun ixtisas sualları:
Daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisası qəbul sualları
Ekonometriya; iqtisadi statistika ixtisası qəbul sualları
Sahə iqtisadiyyatı ixtisası qəbul sualları
Dünya iqtisadiyyatı ixtisası qəbul sualları
Texnoloji innovasiyalar iqtisadiyyatı ixtisası qəbul sualları