İqtisadi Elmi Tədqiqat İnstitutunda ixtisas fənlərindən doktoranturaya (dissertanturaya) qəbul imtahanları və ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanlarının payız sessiyası keçiriləcək. Həmçinin “İqtisadiyyatın ümumi əsasları” fənni üzrə də imtahan olacaq.
İxtisas fənlərindən doktoranturaya (dissertanturaya) qəbul imtahanlarına fəlsəfə fənni üzrə imtahandan müvəffəqiyyətlə keçmiş namizədlər buraxılacaqlar.
Həm ixtisas fənlərindən doktoranturaya qəbul, həm də ixtisas fənləri üzrə fəlsəfə doktoru və iqtisadiyyatın ümumi əsasları fənnindən əlavə imtahanlar İqtisadi Elmi Tədqiqat İnstitutunda 11.09.2024-cü il tarixində saat 10:00-da başlayacaqdır.
QEYD: İxtisas fənləri üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyən iddiaçılar 02.09.2024-cü il tarixinədək İnstituta şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmuş ərizə ilə müraciət etməlidirlər.
İmtahan sualları ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:
Daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisası qəbul sualları
Ekonometriya; iqtisadi statistika ixtisası qəbul sualları
Sahə iqtisadiyyatı ixtisası qəbul sualları
Dünya iqtisadiyyatı ixtisası qəbul sualları
Texnoloji innovasiyalar iqtisadiyyatı ixtisası qəbul sualları
İqtisad elmləri üzrə ixtisas fənlərindən fəlsəfə doktoru imtahanlarının sualları
İqtisadiyyatın ümumi əsasları fənnindən imtahan sualları