İqtisadi Elmi Tədqiqat İnstitutunda ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və iqtisadiyyatın ümumelmi əsaslarından əlavə imtahanlar keçiriləcəkdir.
Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir, dissertasiyanın ilkin müzakirəsinədək verilir və nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.
Fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının hazırladığı dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə imtahan verməlidirlər.
Həm ixtisas fənləri üzrə fəlsəfə doktoru, həm də iqtisadiyyatın ümumi əsaslarından əlavə imtahanlar İqtisadi Elmi Tədqiqat İnstitutunda 31.05.2024-cü il tarixində saat 10:00-da başlayacaqdır.
İddiaçılar 24.05.2024-cü il tarixinədək İnstituta şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmuş ərizə ilə müraciət etməlidirlər.
İQTİSAD ELMLƏRİ ÜZRƏ İXTİSAS FƏNLƏRİNDƏN FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ SUALLARI
İQTİSADİYYATIN ÜMUMELMİ ƏSASLARI ÜZRƏ SUALLAR - SUALLAR.