logo
Sofiq Hüseynov
Rəhbərlik dövrü: 1994-1996

1967-1971-ci illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsində təhsil alıb. Təyinatla Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitutuna göndərilib və burada aspiranturanı bitirib. 1977-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1984-1986-cı illərdə Moskvaya SSRİ EA-nın İqtisadiyyat İnstitutuna ezam olunub və orada doktorluq dissertasiyasını tamamlayıb.

1988-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Əsas elmi-praktik fəaliyyəti ilə yanaşı 20 ilə yaxın Bakının bir sıra ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub. 1993-cü ildə ona professor adı verilib. 1994-cü İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış İqtisadi İslahatlar Mərkəzinin (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) direktoru vəzifəsinə təyin olunub. 

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və iqtisadi siyasət daimi komissiyasının sədri təyin olunub.

1997-ci il dekabr ayının 30-da vəfat edib.