1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib. 1964-1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb. 1968-ci ildə həmin İnstitutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə edib. 1968-1969-cu illərdə Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi vəzifəsində işləyib. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışıb. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə edib. 1974-1987-ci illərdə Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışıb. 1983-cü ildə professor elmi adına və 1984-cü ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1987-1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi-tədqiqat İqtisadiyyat institutunun (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) müdiri vəzifəsində çalışıb. 1993-1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar problemləri institutunda çalışıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində işləyib. 2001-ci ildən AMEA Kibernetika İnstitutunda baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışıb.
145-dən artıq elmi əsərləri, o cümlədən 30-dan artıq xaricdə məqaləsi nəşr etdirilib.