logo
Vahid Axundov
Rəhbərlik dövrü: 1981-1987

1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun mühəndis-iqtisadçı ixtisasını (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.  Vahid Axundov 1970-ci ildə iqtisad elmləri üzrə namizədlik, 1980-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1987-ci ildə professor elmi rütbəsini alıb. 1959-1960-cı illərdə Bakı Dəri Qalantereya fabrikində çilingər, 1964-cü ildə Avtomobil Ehtiyatları zavodunda mühasib, 1965-1966-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində iqtisadçı, 1966-1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda mühəndis-iqtisadçı, 1970-1987-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) “Sahələrarası balanslar” şöbəsində müdir, 1976-1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1981-1987-ci illərdə institutun direktoru vəzifələrində çalışıb. 1987-1991-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun elmi işlər üzrə prorektoru, 1991-ci ildən Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq üzrə Mərkəzinin direktoru – Baş nazirin baş iqtisadi müşaviri, 1993–2005-ci illərdə isə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri təyin edilib. 

150 elmi əsərin müəllifidir.