logo
Fərid Fərəcov
Rəhbərlik dövrü: 1976-1981

1949-cu ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universitetiti) bitirən Fərid Fərəcov Moskvada SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına qəbul olub. 1953-cü ildə "SSRİ kənd təsərrüfatı maşınqayırma sənayesində əmək məһsuldarlığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 25 yaşında iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. Həmin ildən Azərbaycan Elmlər Akademiyasının iqtisadiyyat bölməsində kiçik elmi işçi, sonralar baş elmi işçi vəzifəsində çalışıb. 1957-1976-cı illərdə Bakı Ali Partiya Məktəbinə konkret iqtisadi fənlər kafedrasına rəһbərlik edib. F.Fərəcov 1974-cü ildə “Azərbaycan sənayesinin sahə strukturu və onun təkmilləşdirilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və SSRİ Ali Attestasiya Komissiyası tərəfindən iqtisad elmləri doktoru elmi dərəcəsi və professor elmi adı təsdiq edilib.

1976-cı ildə Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) direktoru və Dövlət Plan Komitəsinin Kollegiyasının üzvü təyin edilib. 1981-1993-cü illərdə Dövlət Plan Komitəsinin sədrinin müavini və sonradan birinci müavini kimi fəaliyyət göstərib. 

Sənayenin iqtisadiyyatına, onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.

2000-ci il aprel ayının 19-da vəfat edib.