logo
Tofiq Hüseynov
Rəhbərlik dövrü: 1975-1976

1960-cı ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Sənayenin iqtisadiyyatı” fakültəsini bitirib. 1961-1964-cü illərdə Bakı Baş Tikinti İdarəsinin Bakı şəhərində yerləşən 1 saylı Evtikmə kombinatında iqtisadçı vəzifəsində çalışıb. 1967-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikintinin İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun əyani aspiranturasını bitirib və orada iqtisad elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1967-1980-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) şöbə müdiri, elmi işlər üzrə direktor müavini və institutun direktoru vəzifəsinin icraçısı olub. 1980-2000- ci illərdə Dövlət Plan Komitəsində və Dövlət Əmlak Komitəsində şöbə müdiri vəzifəsində çalışıb.  2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri işləyib. 2009-cu ildən iqtisad elmləri doktorudur.  
40-dan çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifi və həmmüəllifidir.

Tofiq Hüseynov AMEA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən müdafiə şurasının üzvü kimi dissertasiya işlərinin müzakirələrində də fəal iştirak edib və hazırda  fəaliyyətini burada davam etdirir.