1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının iqtisadiyyat bölməsinin aspiranturasında təhsil alıb. 1954-cü ildə Moskva şəhərində namizədlik dissertasiya işini müdafiə edib. SSR EA İqtisadiyyat İnstitutunda baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışıb. 1968-1975-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu)) direktoru vəzifəsində işləyib. 1966-cı ildə “Azərbaycan SSR-də işçi qüvvəsinin təkrar istehsalı problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan EA İqtisadiyyat İnstitutunda iqtisad elmləri doktoru olub. 1968-ci ildə ona professor elmi adı verilib.
M.Allahverdiyevin “Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı”, “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi”, “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu”, “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri”, “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları”, “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” kimi əsərləri çap olunub. “Əmək resursları və Azərbaycan SSRİ kənd təsərrüfatında onlardan istifadə olunması”, “Sosialist əhali sakinliyi qanunu”, “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri”, “Məhsuldar və qeyri-məhsuldar əmək” kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarından olub.
1992-ci ildə vəfat edib.