1931-1936-cı illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1936-cı ildə “Bakı Statistika Texnikumu”nun direktoru vəzifəsinə təyin edilib və eyni zamanda K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim kimi fəaliyyət göstərib. 1953-1958-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Mühasibat uçotu” kafedrasının müdiri vəzifəsində işləyib. 1954-cü ildə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib. 1958-1961-ci illərdə Bakı Ali Partiya Məktəbində “İqtisadiyyat” kafedrasının dosenti, 1961-1965-ci illərdə “İqtisadiyyat” fakültəsində dekan müavini kimi fəaliyyət göstərib. 1965-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında yeni təşkil edilən Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) ilk direktoru təyin edilib. 1969-cu ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri, kafedranın dosenti işləyib.
1990-cı il 23 yanvar tarixində vəfat edib.