1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirib.
1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1977-ci ilin fevral ayında Moskva şəhərində SSRİ Elmlər Akademiyasının M.V.Keldış adına İnstitutuna ezam olunaraq tədqiqatçı vəzifəsində çalışıb.
1979-cu ilin fevral ayından 1980-ci ilə kimi Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində çalışıb.
1981-1983-cü illərdə Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun İqtisadi kibernetika kafedrasının aspirantı olub. 1983-cü ilin dekabr ayında namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmlər namizədi elmi dərəcəsini alıb.
1984-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, dərs hissə müdiri, prorektor vəzifələrində çalışıb.
1992-1993-cü illərdə Azərbaycan Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə müdiri vəzifəsində çalışıb.
1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olub.
1997-2001-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində baş büdcə idarəsinin rəis müavini və idarə rəisi vəzifəsində çalışıb.
2001-2008-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində departament direktoru (şöbə müdiri) vəzifəsində çalışıb.
2008-2019-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 2019-2024-cü illərdə həmin şöbədə müdir müavini vəzifəsində fəaliyyətini davam etdirib.
2024-cü il fevralın 26-dan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədridir.