Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə iqtisadi və əlaqəli digər sahələrdə tədbirlərin işlənib hazırlanmasının və icrasının elmi və analitik təminatını həyata keçirilməsi məqsədilə yaradılmış İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) publik hüquqi şəxsin internet səhifəsini ziyarət edən hər kəsi salamlamaqdan böyük məmnuniyyət duyuram.
ESRI fəaliyyətini dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında təşkil etmək məqsədi ilə tədbirlərin görür, iqtisadi və sosial proqramların həyata keçirilməsinin təhlili və rəy verir və doktorantura, magistr və digər təhsil formaları vasitəsi ilə yüksək ixtisaslı kadrların hazırlanması və peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılması ilə yenidən hazırlanmasının təşkil edir.
Həmçinin ESRI, dövlətin sosial-iqtisadi inkişafına dair strateji istiqamətlərin müəyyən edilməsində iştirak etmək və bu istiqamətlər üzrə konsepsiya, proqram, təklif və tövsiyələr hazırlanmasında birbaşa iştirak edir və öz fəaliyyət istiqamətlərinə uyğun olaraq investisiyaların cəlb edilməsinin, investisiya mühitinin fəallaşdırılmasının, təkmilləşdirilməsinin, dövlət investisiya siyasətinin formalaşdırılması və həyata keçirilməsinin, investisiya layihələndirilməsinin və ekspertizasının nəzəri-metodoloji əsaslarının hazırlanması, bu sahədə tədqiqat işlərinin aparır.
ESRI-nin əsas hədəfi müasir beyin mərkəzi və elmi tədqiqat müəssisəsi kimi formalaşaraq ölkə iqtisadiyyatında struktur islahatları və innovasiya sahəsində dövlət siyasətinin elmi əsaslarının hazırlanmasında iştirak edilməsi, təklif və tövsiyələrin verilməsi, habelə innovasiya layihələrinin qiymətləndirilməsi üzrə xidmətlərin göstərilməsi, dövlətin sosial-iqtisadi inkişaf siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə konsepsiya və proqramlar hazırlanmasında iştirak edilməsi, təklif və tövsiyələrin verilməsi, monitorinq və qiymətləndirmələrin aparılması və s. istiqamətlərdə xidmətlərin göstərilməsidir.
Bu hədəfə nail olmaq üçün yerli və beynəlxalq beyin mərkəzlərini, tədqiqatçıları və elmi kadrları əməkdaşlığa dəvət edir və bu əməkdaşlığın ölkə iqtisadiyyatına tövhə verəcəyi ümidimi Sizlərə bildirirəm.