logo
“Vahid sağlamlıq” mövzusunda elmi konfrans keçirilib
“Vahid sağlamlıq” mövzusunda elmi konfrans keçirilib

Epidemiyaların əvvəlcədən və qısa müddətdə təsbiti dövrün cəmiyyət qarşısında qoyduğu zəruri tələbdir.

2 iyun 2023-cü il tarixində Xəzər Universitetində “Vahid sağlamlıq” mövzusunda elmi konfrans keçirilib. Konfransda ölkəmizin bir sıra ali təhsil ocaqları, beynəlxalq universitetlər və digər qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Asəm Məmmədov təmsil edib.

Konfransı giriş sözü ilə açmış universitetin rektoru İradə Xəlilova son illər sağlamlıq və səhiyyə sahəsində qlobal müstəvidə cərəyan edən hadisələrdən, potensial təhlükələrdən söhbət açıb. İ. Xəlilova epidemiyaların əvvəlcədən və qısa müddətdə təsbiti və onlara qarşı effektiv, uğurlu mübarizənin dövrün cəmiyyət qarşısında qoyduğu zəruri, təkzibolunmaz tələb olduğunu diqqətə çatdırıb.

Konfrans işini panel müzakirələri ilə yekunlaşdırıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.