İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun “Dünya iqtisadiyyatı” ixtisası üzrə doktorantı Hüseynova Elnurə İlqar qızının “Azərbaycanın əmək resurslarının beynəlxalq mobilliyinin iqtisadiyyata təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Müzakirə İnstitutun İdarə Heyətinin sədri Şahin Sadıqovun sədrliyi ilə baş tutub.
İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib. Rəyçilərin rəyi dinlənilib və iddiaçı tərəfindən suallar cavablandırılıb. Təqdim olunmuş dissertasiya müzakirə edildikdən sonra tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.
Sonda dissertasiya işinin iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyi qeyd olunub və işin elmi müzakirələrin növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edilib.