Görüşdə strategiyanın icra vəziyyəti ilə bağlı müvafiq qurumların məsul şəxslərinin hesabatları dinlənilib.
8 iyun 2023-cü il tarixində İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Ayaz Əliyevin sədrliyi ilə görüş keçirilib.
Onlayn formatda keçirilmiş görüşdə "Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın İqtisadiyyat Nazirliyi üzrə icra vəziyyəti və 2024 – 2026-cı illərdə Strategiyanın aidiyyəti bəndlərinin icrasına tələb olunacaq maliyyə vəsaitlərinə dair məsələlərin müzakirəsi aparılıb.
Aparılmış müzakirələrdə İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, iqtisad elmləri doktoru Arzu Hüseynova, Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Asəm Məmmədov və Maliyyə, təminat və sənədlərlə iş şöbəsinin mütəxəssisi Aydan Axundova təmsil ediblər.
Görüşdə sözügedən strategiyanın icra vəziyyəti ilə bağlı müvafiq qurumların məsul şəxslərinin hesabatları dinlənilib. Görüşün davamında mövcud problemlər, tədbirlərin icrası prosesinin sürətləndirilməsi ilə bağlı irad və təkliflər səsləndirilib.