Lerikin inkişaf planı ilə bağlı geniş tərkibli müzakirələr aparılıb.
5 iyun 2023-cü il tarixində İqtisadiyyat Nazirliyində “Avropa İttifaqının Azərbaycanın Lənkəran – Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsi çərçivəsində görülən işlər müzakirə edilib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, ölkəmizdə regionların tarazlı inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu məqsədlə həyata keçirilən sosial-iqtisadi inkişaf dövlət proqramları rayonlarda işgüzar mühitin davamlı yaxşılaşmasında, sosial rifahın yüksəlməsində xüsusi əhəmiyyət kəsb edir.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko da öz növbəsində "Avropa İttifaqının Azərbaycanın Lənkəran – Astara iqtisadi rayonuna dəstəyi" layihəsinin önəmini vurğulayıb.
Tədbirdə İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, iqtisad elmləri doktoru Arzu Hüseynova və Rəqəmsalaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin elmi işçisi Pərvin İdrisli təmsil ediblər.
Tədbir çərçivəsində təqdim edilmiş Lerikin inkişaf planı ilə bağlı aidiyyəti qurumların iştirakı ilə geniştərkibli müzakirələr aparılıb.